Vergi , valyuta və digər qanunvericiliklə bağlı xidmətlər
Yerli və xarici hüquqi şəxslər üçün vergi planlaşdırılması. Bu xidmət aşağıdakı sahələr üzrə məsləhət verilməsi və yardım göstərilməsini, habelə müvafiq vergi orqanları ilə danışıqların aparılmasında köməklik göstərilməsini daxil edir:
Mənfəət vergisi
Gəlir vergisi
Əlavə dəyər vergisi
Qeyri rezidentlərdən ödəmə mənbəyində tutulan vergi
Gömrük və aksiz rüsumları
Dividentin bölüşdürülməsi
Yol fondu vergiləri
Əmlak vergisi
Rezident və qeyri rezidentlərə xarici valyuta əməliyyatları ilə bağlı , o cümlədən aşağıdakı məsələlər üzrə məsləhət və yardım göstərilməsi :
Xarici valyuta ilə bağlı əməliyyatlara dair qanunvericilik aktları
Xarici hüquqi və fiziki şəxslərin yerli müəssisələrdə pay iştirakı
Qeyri rezidentlər tərəfindən şirkətin təsis kapitalına pay qoyulması
Qeyri rezident şəxslər və şirkətlər tərəfindən dividentlərin xaricə köçürülməsi
Əmək haqqı ödəniş cədvəllərini və digər mühasibatlıq hesablamalarını nəzərdən keçirməklə, biz sizin şirkətinizin mühasibatlıq qeydlərinin yerli vergi qanunvericilik aktlarının tələblərinə cavab verməsinə kömək edə bilərik.
Bütün şirkətlər vaxtaşırı olaraq vergilər orqanları tərəfindən yoxlanılır. Bu bir çox şirkətlər üçün kiçik görünən məsələlər böyük problemlər yarada bilər. Forum şirkətində səyyar vergi yoxlamaları məsələlərində böyük təcrübəsi olan əməkdaşlar çalışır və səyyar vergi yoxlamasından əvvəl ilkin audit etmək imkanları var. Bu ilkin audit, mümkün problemləri yaranmazdan əvvəl görməyə və mümkün qədər tez bir müddətdə səhvləri aradan qaldırmaq üçün addımlar atmağa kömək edir.
Biz həmçinin bütün növ hesabatlarının və bəyannamələrinin hazırlanmasına və göndərilməsinə kömək edirik.
Bizim tərəfdaşımız olan Moore Stephens Azerbaijan şirkəti, dünyanın 93 ölkəsində 335 müstəqil firma və 593 nümayəndəlik vasitəsi ilə təmsil olunan, 17.500 nəfər əməkdaşı olan Moore Stephens International şirkətlər qrupunun üzvüdür. Bizim müştərilərimizin bir çoxu İngiltərə şirkətləri olduğu üçün və mühasibatlıq xidmətlərinin beynəlxalq standartlara uyğun aparılması tələbi olması səbəbindən Forum şirkəti, 2001-ci ildə Moore Stephens Azerbaijan şirkəti ilə tərəfdaşlıq yaratdı.