Xarici ixtisaslı mütəxəssislərlə birlikdə çalışan Forum şirkəti, Azərbaycan Respublikasında fəaliyyət göstərən yerli və xarici şirkətlərin tələblərinə cavab verən geniş əhatəli xidmətlər təklif edir
Baş səhifə
Forum şirkəti, Azərbaycan Respublikasında biznes fəaliyyəti olan yerli və xarici şirkətlərə mühasibatlıq, auditor və vergi məsləhəti xidmətləri göstərmək məqsədi ilə 1997-ci ildə təsis olunmuş lisenziyalı professional şirkətdir.
Bizim tərəfdaşımız olan Moore Stephens Azerbaijan şirkəti, dünyanın 93 ölkəsində 335 müstəqil firma və 593 nümayəndəlik vasitəsi ilə təmsil olunan, 17.500 nəfər əməkdaşı olan Moore Stephens International şirkətlər qrupunun üzvüdür. Bizim müştərilərimizin bir çoxu İngiltərə şirkətləri olduğu üçün və mühasibatlıq xidmətlərinin beynəlxalq standartlara uyğun aparılması tələbi olması səbəbindən Forum şirkəti, 2001-ci ildə Moore Stephens Azerbaijan şirkəti ilə tərəfdaşlıq yaratdı.